satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanlı hakim CEV kubokunun oyununa təyinat alıb

Azərbaycanlı hakim CEV kubokunun oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev CEV kubokunun oyununa təyinat alıb.

Naxçıvan televiziyası xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) turnirin 1/8 final mərhələsinin bir matçını ona həvalə edib.

Fuad Ağayev kişi voleybolçulardan ibarət Türkiyənin “Arkas İzmir” və Çexiyanın “Cez Karlovarsko” klubları arasında baş tutacaq qarşılaşmada birinci hakim olacaq. Matçda ikinci hakim kimi italiyalı Rosselya Piana fəaliyyət göstərəcək.

Atatürk Voleybol Salonunda bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM