satellite   Azerspace-1: 11135 H 30000

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, dekabrın 15-də startı veriləcək yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində baş tutacaq.

Çempionatda qadınlar və kişilər arasında ümumilikdə 14 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Ölkənin müxtəlif regionlarından, həmçinin Sumqayıt və Bakıdan 65 müxtəlif klub, cəmiyyət, eləcə də idman təşkilatından olan 351 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Qadınlar 48, 52, 57, 63, 70, 78 və +78 kq, kişilər isə 60, 66, 73, 81, 90, 100 və +100 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar.

Ölkə çempionatına dekabrın 17-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM