satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqasının qrup mərhələsində ən çox qazanc əldə edən 10 klub açıqlanıb

Çempionlar Liqasının qrup mərhələsində ən çox qazanc əldə edən 10 klub açıqlanıb

Cari mövsümdə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ən çox qazanc əldə edən klubların adları açıqlanıb.

Naxçıvan televiziyası AS nəşrinə istinadən məlumatına görə, siyahıya İspaniyanın “Real” klubu başçılıq edir.

Madrid təmsilçisinin qrup mərhələsindəki gəliri 79,89 milyon avro olub. Bunun 15,6 milyonu qrupda iştiraka görə verilib. “Kral klubu” hər qələbəyə görə 2,8 milyon, pley-offa vəsiqəyə görə isə 9,8 milyon avro alıb. Son 10 ildə Çempionlar Liqasındakı çıxışa əsasən hesablanan əmsallardan asılı olaraq, bonus kimi daha 36,4 milyon avro büdcəyə köçürüləcək. Digər gəlirlər isə ümumi bonuslar hesab olunur.

ÇL-in qrupunda ən çox qazanc əldə edən 10 klub:

1. “Real” (İspaniya) – 79,89 milyon avro

2. “Bavariya” (Almaniya) – 76,64 milyon

3. “Mançester Siti” (İngiltərə) – 76,48 milyon

4. “Barselona” (İspaniya) – 71,53 milyon

5. “Atletiko” (İspaniya) - 71,11 milyon

6. PSJ (Fransa) – 63,89 milyon

7. “Portu” (Portuqaliya) – 63,57 milyon

8. “Borussiya” (Dortmund, Almaniya) – 63,52 milyon

9. “Arsenal” (İngiltərə) – 63,36 milyon

10. “Napoli” (İtaliya) – 58,04 milyon

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM