satellite   Azerspace-1: 11135 H 30000

Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var

Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunda avtomobil qəzası olub, üç nəfər xəsarət alıb.

NTV-nin  məlumatına görə, hadisə Naxçıvan-Ordubad magistral yolunda baş verib.

Qəza zamanı 72-BF-163 dövlət nömrə nişanlı "VAZ 2107" və 67-AA-032 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Novruzov Orxan Nüsrət oğlu, Əkbərov Səfər Mahmut oğlu və 1989-cu il təvəllüdlü Rzayev Rahib Elxan oğlu xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM