Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə NTV-yə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 20:45-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.
Zəlzələnin ocağı 29 kilometr dərinlikdə yerləşib.
