satellite   Azerspace-1: 11135 H 30000

Abşeronda 7 əl qumbarası, 2 avtomat, 1 tapança aşkarlanıb - VİDEO - FOTOLAR

Abşeronda xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə NTV-yə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd F-1 və 1 ədəd RQD-5 əl qumbarası, 3 ədəd UZRQM-2 partladıcısı, 67 ədəd 5.45 mm-lik mərmi, 1 ədəd 7.62 mm-lik mərmi, 4 ədəd 9 mm-lik mərmi, 2 ədəd AK-74 avtomatı və 1 ədəd Makarov tipli tapança olduğu müəyyən edilib.

Aşkar edilmiş silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Abşeronda 7 əl qumbarası, 2 avtomat, 1 tapança aşkarlanıb<font color=red> - VİDEO</font><font color=red> - FOTOLAR</font>

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM