satellite   Azerspace-1: 11135 H 30000

Ölkə ərazisində müşahidə olunan isti havanın səbəbi nədir?

Ölkə ərazisində müşahidə olunan isti havanın səbəbi nədir?

Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Naxçıvan televiziyası-a bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23°, rayonlarda isə 22°-dək isti qeydə alınır.

“Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti müşahidə olunmuşdu. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ildə 21°, 2021-ci ildə 22°, 2020-ci ildə isə 25°-dək yüksəlmişdi”, - deyə G.Məmmədova bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM