Naxçıvanda may ayının hava proqnozu açıqlanıb

Naxçıvanda may ayının hava proqnozu açıqlanıb

Bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq.

Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, aylıq yağıntının miqdarı əksər rayonlarda iqlim normasına yaxın olacağı ehtimal olunur.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir.(norma 33-62 mm)

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM