satellite   Azerspace-1: 11135 H 30000

Leysan yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, bəzi çaylardan sel keçəcək<font color='red'> - XƏBƏRDARLIQ</font>

Azərbaycanın rayonlarında iyunun 18-i gündüzdən 20-si axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, əsasən dağlıq və dağətəyi rayonlarda (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM