Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NTV-yə verilən məlumata əsasən 22 -23 aprel tarixlərində hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir Qərb küləyi əsəcək, küləyin sürəti 15-18m/s-dək güclənəcək. Temperatur gecə 7-12, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
- 14:23 22.04.2025