satellite   Azerspace-1: 11135 H 30000

Sabah bəzi yerlərdə yağış yağacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanda oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NTV-yə  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 13-dən 14-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 15-17, gündüz 19-23 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər Böyük Qafqazın bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM