satellite   Azerspace-1: 11135 H 30000

Fövqəladə Hallar Nazirliyi güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə bəzi ərazilərdə gözlənilən güclü küləklə bağlı əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Bu barədə  NTV nazirliyin rəsmi saytına istinadən xəbər verir.

Qeyd edilib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM