satellite   Azerspace-1: 11135 H 30000

Güclü külək əsəcək, qar yağacaq, temperatur 5-10 dərəcə enəcək

<strong>Güclü külək əsəcək, qar yağacaq, temperatur 5-10 dərəcə enəcək</strong>

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 13-ü gündüzdən 14-ü axşamadək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

NTV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Qobustan, Xızı, Qusar, Mingəçevir, Yevlax, Tərtər, Neftçala, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Daşkəsəndə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu da narıncı xəbərdarlığa uyğundur.

Ölkənin digər bölgələrində isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlıqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM