satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda qar örtüyünün qalınlığı 56 sm-ə çatıb

Naxçıvanda qar örtüyünün qalınlığı 56 sm-ə çatıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NTV-yə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının bir sıra rayon və kəndlərində qar yağıntısı müşahidə olunub. Parağaçay Qar Uçqunu Stansiyasında qarın hündürlüyü 23 sm, dağlıq ərazilərdə 3000 metr yüksəklikdə isə qar örtüyünün qalınlığı 56 sm təşkil edib.

Şahbuzda hazırda qar yağır, qarın hündürlüyü 1 sm-dir. Kükü kəndində təzə qarın hündürlüyü 20 sm, ümumi qar örtüyünün qalınlığı 41 sm-ə çatıb. Biçənək kəndində yağan qarın hündürlüyü 5 sm, ümumi qar örtüyünün qalınlığı isə 31 sm təşkil edir.

Şərurda gecə saatlarında qar yağıb, qarın hündürlüyü 2 sm olub, hazırda yağıntı müşahidə edilmir. Axura kəndində isə qarın hündürlüyü 6 sm ölçülüb.Sədərəkdə gecə saatlarında 1 sm qar yağıb, qar örtüyünün qalınlığı 3 sm-dir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM