satellite   Azerspace-1: 11135 H 30000

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir<font color='red'> -  FAKTİKİ HAVA</font>

Mayın 8-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NTV-yə  verilən məlumata görə, bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir. Bir sıra ərazilərdə yağıntılar intensiv xarakterlidir.

Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Balakən, Qax (Sarıbaş), Göyçay, Zərdab, Yardımlı, Lerikdə arabir şimşək çaxır, yağış yağır.

Şahdağ, Qrız və Xınalıqda isə arabir qar yağması müşahidə olunur. Saat 14:28-14:29 radələrində Gədəbəy rayonuna xırda ölçülü dolu düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM