satellite   Azerspace-1: 11135 H 30000

Güclü qar səbəbindən Moskva aeroportlarında reyslər təxirə salınıb

Güclü qar səbəbindən Moskva aeroportlarında reyslər təxirə salınıb

Moskva aeroportlarında 50-yə yaxın reys təxirə salınıb və gecikmələrlə yerinə yetirilib.

Naxçıvan televiziyası xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti və noyabrın 23-dən başlayaraq fasiləsiz yağan qar olub.

Belə ki, Rusiya paytaxtının Vnukovo hava limanında 10 reys gecikmə ilə yerinə yetirilib, 4 reys təxirə salınıb, Domodedovo hava limanında müvafiq olaraq 14 və 5 reys, Şeremetyevo hava limanında 14 reys gecikmə ilə yerinə yetirilib, 1 reys isə təxirə salınıb.

Qeyd edək ki, ötən sutka ərzində Moskvaya aylıq normanın 40 faizi qədər yağıntı düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM