satellite   Azerspace-1: 11135 H 30000

Rusiya və Gürcüstan arasında yeganə işlək avtomobil yolu bağlanıb

Rusiya və Gürcüstan arasında yeganə işlək avtomobil yolu bağlanıb

Güclü qar səbəbilə Rusiya və Gürcüstan arasındakı yeganə işlək avtomobil yolu bağlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.

Bildirilib ki, qar uçqunu təhlükəsi səbəbilə Mtsxeta-Stepansminda-Lars yolunun Qudauri-Kobi hissəsində hər növ avtomobillərin hərəkəti qadağan edilib. Analoji vəziyyət Gürcüstanın digər beynəlxalq əhəmiyyətli yollarında da mövcuddur.

Gürcüstanda əlverişsiz hava şəraitinin qarşıdakı günlərdə də davam edəcəyi bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM