satellite   Azerspace-1: 11135 H 30000

Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib

Sahib Ələkbərov Naxçıvanda vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Naxçıvan şəhərində Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından və Naxçıvan şəhərindən olan vətəndaşları qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM