satellite   Azerspace-1: 11135 H 30000

Muxtar Babayev: COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir

Muxtar Babayev: COP29 yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası yoxsul ölkələrə yardımın planlaşdırılması üçün böyük önəm kəsb edir.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev “Associated Press” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı zəngin ölkələrin istiləşməyə daha az töhfə verən, lakin iqlim dəyişikliyindən daha çox əziyyət çəkən yoxsul ölkələrə necə maliyyə yardımı göstərilə biləcəyi ilə bağlı ortaq nöqtələrin tapılacağı yerdir.

“Bakı konfransı mədən yanacaqlarından imtinaya dair ötənilki uğurlu razılaşmaya əsaslanmalıdır. Bu payız toplantısı ölkələrə 2025-ci ildə istixana qazı emissiyalarını məhdudlaşdırmaq planlarını gücləndirmək üçün birləşməyə kömək etməlidir. Biz Bakıya inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü kimi baxırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM