satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb

Türkiyə Zəngəzur dəhlizi çərçivəsində avtomobil və dəmir yolları üçün işlərə başlayıb

Türkiyə İnkişaf Yolu Layihəsi və Zəngəzur dəhlizi çərçivəsində planlaşdırılan avtomobil və dəmir yolları üçün işlərə başlayıb.

Naxçıvan televiziyası “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Avtomobil Yolları Baş Müdirliyinin (KGM) 74-cü region müdirləri yığıncağının açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə Mərkəzi Asiya arasında yeni əlaqələr yaranacaq.

“Artıq işlərə başlamışıq. Türkiyə beynəlxalq nəqliyyat sisteminə inteqrasiyaya üstünlük verir", - nazir qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM