satellite   Azerspace-1: 11135 H 30000

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı nazir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O bildirib ki, dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş iqtisadi siyasətdə dayanıqlı artımın təmin edilməsi, sahibkarlığın intensiv inkişafı prioritetlərdəndir.

“Bu əlamətdar gün münasibətilə iqtisadi hədəflərə nail olunmasına, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi dəyər zəncirinə reinteqrasiyasına, xalqımızın rifahının yüksəldilməsinə töhfə verən biznes təmsilçilərinə təşəkkürümüzü və təbriklərimizi çatdırır, işlərində uğurlar arzulayırıq, - deyə nazir qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM