satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 % artıb

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 % artıb

İndiyədək Azərbaycan ərazisində 97 735 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

Bu ilin yanvar-aprel aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 7,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.

DVX-nın məlumatında bildirilir ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM