satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Azərbaycanın xarici dövlət borcunun 10 milyard dollara qədər artırılması düşünülür

Nazir: Azərbaycanın xarici dövlət borcunun 10 milyard dollara qədər artırılması düşünülür

Xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 23-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, hazırda bu borc 5,5 milyard dollar təşkil edir.

“Bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma siyasəti apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur layihələri icra edək”, - deyə Samir Şərifov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM