satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2,5 dəfə artıb

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2,5 dəfə artıb

Bu il iyunun 1-dək Naxçıvan Muxtar Respublikasının ərazisində quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) sayı 3 506 ədəd olub.

Muxtar Respublikanın Dövlət Vergi Xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə,  bu ilin yanvar-may aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 156,3 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 93,7 milyon manat və ya 2,5 dəfə çoxdur.

İndiyədək Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Bu ilin 5 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artaraq 560,5 min manat olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM