satellite   Azerspace-1: 11135 H 30000

Pərviz Şahbazov İtaliyada keçiriləcək WFEG-in Nazirlər iclasında iştirak edəcək

Pərviz Şahbazov İtaliyada keçiriləcək WFEG-in Nazirlər iclasında iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov İtaliyaya səfər edib.

Naxçıvan televiziyası Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazir 6 noyabr tarixində Roma şəhərində keçiriləcək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun (World Fusion Energy Group–WFEG) birinci Nazirlər iclasında iştirak edəcək.

İtaliyanın baş naziri Giorgia Meloni və AEBA-nın baş direktoru Rafael Mariano Qrossinin həmsədrlik edəcəyi tədbirdə termo nüvə enerjisini inkişaf etdirmək üçün inklüziv və qlobal yanaşmanın mənimsənilməsi, WFEG çərçivəsində qlobal səylərin təşviqinə dair fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM