satellite   Azerspace-1: 11135 H 30000

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul edilib

Milli Məclis “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Naxçıvan televiziyası xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 3-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 520 milyon 952 min manat, yerli gəlirləri 795 milyon 48 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 567 milyon 265 min manat, yerli xərcləri 800 milyon 335 min manat) məbləğində nəzərdə tutulur.

2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43 milyard 911 milyon manat, xərcləri 47 milyard 589 milyon manat, kəsiri isə 3 milyard 679 milyon manat proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM