satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda “E-rüsum” informasiya sisteminin yaradılmasına başlanılıb

Azərbaycanda “E-rüsum” informasiya sisteminin yaradılmasına başlanılıb

Maliyyə Nazirliyi Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli fərmanına əsasən “Dövlət rüsumlarının elektron idarə edilməsi" (e-rüsum) informasiya sisteminin yaradılmasına başlayıb. 

Naxçıvan televiziyası nazirliyə istinadən xəbər verir ki, bu il iyunun 1-dən dövlət rüsumları informasiya sistemi vasitəsi ilə təqdim ediləcək elektron bildiriş əsasında ödəniləcək. 

Hazırda 22 dövlət orqanı, 4 publik hüquqi şəxs, Azərbaycan Mərkəzi Bankı və məhkəmələr 574 adda dövlət rüsumu tutur. İnformasiya sistemi olan qurumların e-rüsum sisteminə inteqrasiyası, olmayan qurumlar üçün isə elektron kabinetə daxil olmaq imkanı yaradılacaq. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM