satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Baş konsulu: İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi tarixi hadisədir

Türkiyənin Baş konsulu: İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi tarixi hadisədir

İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi həqiqətən, mühüm tarixi hadisədir.

Bunu Naxçıvan televiziyası-a açıqlamasında Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələr üzrə uğurla inkişaf etdirilir və genişlənir:

“Ötən günlərdə tarixi hadisənin şahidi olduq. Əsası 2023-cü ilin sentyabrında iki ölkənin prezidentləri tərəfindən qoyulan İğdır-Naxçıvan təbii qaz kəməri layihəsi Türkiyə və Azərbaycan dövlət başçıları tərəfindən qısa müddətdə tamamlanaraq çərşənbə günü istifadəyə verildi.

Bu, Naxçıvanın təbii qaz təchizatının təhlükəsizliyi baxımından çox mühüm layihədir. Layihənin istifadəyə verilməsi Naxçıvan üçün həqiqətən, tarixi hadisədir. İnanıram ki, qarşıdakı dövrdə də azərbaycanlı qardaşlarımızla birlikdə daha böyük layihələr həyata keçirəcəyik”.

 

Anar Tağıyev

Naxçıvan televiziyası

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM