satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 3 %-dən çox artırıb

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 3 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Rusiyaya 232,9 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

NTV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.

Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 11,9 % artaraq 134,3 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 34,6 % artaraq 80,6 milyon ABŞ dolları olub.

Ötən rüb Azərbaycan həmçinin İsveçrəyə 69,6 milyon ABŞ dolları, Ukraynaya isə 51,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM