satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan qızıl ixracından gəlirini 2 dəfədən çox artırıb

Azərbaycan qızıl ixracından gəlirini 2 dəfədən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 178,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

NTV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın avqustl sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Təkcə iyulda isə Azərbaycan 33,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.

7 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % artaraq 2,1 milyard ABŞ dolları təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM