satellite   Azerspace-1: 11135 H 30000

Yaxın aylarda Ağdam şəhərinə ilk köçə başlanılacaq

Yaxın aylarda Ağdam şəhərinə ilk köçə başlanılacaq

Bu ilin payızında Ağdam şəhərinə ilk köçə başlanılacaq.

NTV xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Ağdam şəhərində bərpa işləri sürətlə davam edir: "Şəhərdə çox ciddi infrastruktur işləri həyata keçirilir. Ağdam şəhərinə bu il növbəti aylarda, payız aylarında ilk köçə başlanılacaq".

O vurğulayıb ki, gələn ilin sonuna qədər artıq Ağdam şəhərinin tarixi mədəni mərkəzi hissəsi tam bərpa olunacaq və əhalinin istifadəsinə veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM