satellite   Azerspace-1: 11135 H 30000

BTQ dəmir yolunun 2034-cü ilə proqnozlaşdırılan yük potensialı açıqlanıb

BTQ dəmir yolunun 2034-cü ilə proqnozlaşdırılan yük potensialı açıqlanıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun yükdaşıma potensialı 2034-cü ilə qədər 17 milyon tona çatdırılacaq.

NTV  xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısının "Avrasiya konnektivliyinin gücləndirilməsi" sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Orta Dəhlizin imkanlarının artırılması üçün Türkiyə Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını daha da gücləndirəcək.

T. Dilmaç vurğulayıb ki, Orta Dəhliz təbii olaraq "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşır və Ankara bu layihəyə ilk gündən xüsusi əhəmiyyət verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM