satellite   Azerspace-1: 11135 H 30000

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməyib

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2025-ci il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib.

NTV  xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın sentyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 570 min barel təşkil edəcək (avqust ayı proqnozu - 570 min barel).

Bu ilin üçüncü rübündə neft hasilatının sutkada 560 min barel olacağı gözlənilir. Avqustda həmin rüb üçün verilən proqnoz eyni olub.

Bu ilin dördüncü rüblərində neft hasilatının sutkada 560 min barel olacağı gözlənilir ki, avqustda həmin rüb üçün verilən proqnoz da 560 min barel təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin birinci rübündə neft hasilatı sutkada 600 min barel, ikinci və üçüncü rüb üçün 590 min barel, dördüncü rübdə isə 600 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 600 min barel səviyyəsində olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM