satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda istehlakçılara 3,4 milyon manatdan çox ƏDV geri qaytarılıb

Naxçıvanda istehlakçılara 3,4 milyon manatdan çox ƏDV geri qaytarılıb

İndiyədək Naxçıvan Muxtar Respublikasında istehlakçılara 3,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

NTV-nin məlumatına görə, bu ilin yanvar–avqust aylarında muxtar respublikada istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 26 % artaraq 1,1 milyon manatdan çox olub.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Bu ilin yanvar–avqust aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 317 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 % çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM