satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin səkkiz ayında qeyri-neft sektoru üzrə ixrac 10 faizdən çox artıb

Bu ilin səkkiz ayında qeyri-neft sektoru üzrə ixrac 10 faizdən çox artıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,4 milyard dollar təşkil edib.

NTV İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 22,9 faiz artaraq 774,2 milyon dollara bərabər olub.

İcmala əsasən, cari ilin səkkiz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 58,2 faiz, meyvə-tərəvəz 32,2 faiz, kimya sənayesi məhsulları 24,3 faiz, pambıq iplik 16,3 faiz, çay 2,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2 faiz artıb.

Hesabat dövründə aqrar məhsullar üzrə ixrac 28,2 faiz artaraq 614,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7 faiz artaraq 209,5 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3 faiz artaraq 823,9 milyon dollar təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM