satellite   Azerspace-1: 11135 H 30000

Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb

Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb

Azərbaycan, Türkiyə və Gürcüstan arasında "Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında" Anlaşma Memorandumu imzalanıb.

NTV xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.

"Qazaxıstanda keçirilmiş "New Silk Way" (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində Türkiyə və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri ilə "Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında" Anlaşma Memorandumunu imzaladıq.

Bu sənəd BTQ marşrutunun daha sürətli və dayanıqlı, eyni zamanda, daha rəqabətədavamlı nəqliyyat xətti kimi inkişaf etdirilməsi üçün ortaq addımları müəyyən edir.

Əsas hədəflərimiz BTQ xətti boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminin formalaşdırılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılmasıdır", - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM