satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi ödəyicilərinin sayı 8 % artıb

Naxçıvanda vergi ödəyicilərinin sayı 8 % artıb

Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda 53 min 139 vergi ödəyicisi olub.

NTV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.

Vergi ödəyicilərinin 94,7 %-i fiziki şəxslər, 5,3 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 8,2 %, şirkətlərin sayı isə 5,4 % artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 % artaraq 1 701 vahid olub. 9 ayda kommersiya qurumlarının 87,1 %-i elektron, 12,9 %-i kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM