satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin bir qrup əməkdaşı təltif edilib

NTV  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin  yaradılmasının 105 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram: 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 105 illiyi münasibətilə və maliyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə 

Əliyeva Fatma Həmzə qızı

Novruzova Bulqeyis Sabir qızı

“Rəşadətli əməyə görə” nişanı ilə

İmanov Sənan Nəriman oğlu

Məmmədova Kifayət Abbasəli qızı

Qədimov Məhərrəm Heydər oğlu

Sadıqova Xatirə Seyran qızı".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM