satellite   Azerspace-1: 11135 H 30000

Britaniyanın ticarət elçisi dekabrda Azərbaycana səfər edəcək

Britaniyanın ticarət elçisi dekabrda Azərbaycana səfər edəcək

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays bu ilin dekabrında Azərbaycana səfər edəcək.

Bu barədə NTV-yə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ferqus Auld bildirib.

Onun sözlərinə görə, C. Alderdays səfər çərçivəsində əvvəlcə Bakıda olacaq, daha sonra paytaxtdan kənar regionlara da səfər edəcək: "Elçinin regionlara səfərləri planlaşdırılıb, lakin hələlik onlar təsdiqlənmədiyi üçün ictimaiyyətə açıqlanmır".

Qeyd edək ki, bu ilin yanvarında Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Con Alderdays Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi təyin olunub. Şimali İrlandiyalı siyasətçi daha əvvəl bir sıra nüfuzlu vəzifələrdə çalışıb, o cümlədən 1998-2004-cü illərdə Şimali İrlandiya Assambleyasının spikeri olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM