satellite   Azerspace-1: 11135 H 30000

Qızılın qiyməti 4 250 dolları ötərək, tarixi maksimumu yeniləyib

Qızılın qiyməti 4 250 dolları ötərək, tarixi maksimumu yeniləyib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti 4 250 ABŞ dollarını ötərək, tarixi maksimumu yeniləyib.

NTV birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında (Bakı vaxtı ilə saat 08:38-ə olan məlumata görə) qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,22% artaraq 4 253 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,91% artaraq 52,36 ABŞ dolları olub

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM