satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Ermənistan Türkiyə ilə Azərbaycan arasında tranzit yükdaşımaları təmin etməyə hazırdır

Paşinyan: Ermənistan Türkiyə ilə Azərbaycan arasında tranzit yükdaşımaları təmin etməyə hazırdır

Ermənistan elə bu gün Maraqara və Kornidzor keçid məntəqələrindən Türkiyə ilə Azərbaycan arasında tranzit yükdaşımaları təmin etməyə hazırdır.

NTV xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda təhlükəsizlik məsələlərinə həsr olunan konfransda çıxışında deyib. O bildirib: “Mən bu sözləri ona görə bəyan edirəm ki, biz buna hazırıq”.

N.Paşinyan diqqətə çatdırıb ki, “Tramp marşrutu” Ermənistan ilə Birləşmiş Ştatların birgə yaradacağı şirkət tərəfindən idarə olunacaq. Buna baxmayaraq, şirkətdə əsas həlledici rol Ermənistana məxsus olacaq.

Ermənistanın baş naziri, həmçinin qeyd edib ki, “Tramp marşrutu”nun Amerikaya 49 və yaxud 99 ilə icarəyə verilməsi məsələsi nəzərdən keçirilir. İcarənin müddəti ABŞ-ın buraya yatıracağı sərmayənin həcmindən və layihənin gəlirindən asılı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM