satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 3 %-dən çox artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 3 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 3 milyon 476,1 min sərnişin daşınıb.

NTV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 106,5 min sərnişin və yaxud 3,2 % çoxdur.

10 ayda hava yolu ilə daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 5,6 % və yaxud 19,2 min ton azalaraq 322 min ton olub.

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 198,3 milyon ton olub. Yüklərin 0,2 %-i hava yolu ilə daşınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM