satellite   Azerspace-1: 11135 H 30000

Cari ilin 10 ayında Naxçıvanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 70 faiz artıb

Cari ilin 10 ayında Naxçıvanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 70 faiz artıb

Cari ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd olunan dövrdə 222 yeni icarə müqaviləsi bağlanıb, 159 müqavilənin müddəti uzadılıb.

Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, bu dövrdə qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə torpaq sahələrinin icarəsindən 274 min manat, qeyri-yaşayış sahələrinin icarəsindən isə 297 min manat olmaqla, ümumilikdə 571 min manat vəsait ödənilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə icarəyə verilmiş dövlət əmlakları üzrə daxilolmalarda 70 faiz artım deməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM