satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb

Naxçıvanda 8635 daşınmaz əmlak qeydiyyata alınıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 8635 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3794-ü torpaq sahəsi, 3271-i fərdi yaşayış və bağ evi, 1188-i mənzil, 181-i qeyri-yaşayış sahəsi,171-i qeyri-yaşayış binası, 30-u əmlak kompleksidir.

Cari ilin 10 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,9 milyon manat xidmət haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artım deməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM