satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yük və sərnişin daşınması 1 %-dən çox artıb

Naxçıvanda yük və sərnişin daşınması 1 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 6 milyon 663 min 100 ton yük, 44 milyon 84 min 400 sərnişin daşınıb.

Bu barədə NTV-yə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1 %, sərnişin daşınması isə 1,1 % artıb.

Bundan başqa, bu ilin yanvar-noyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % artaraq 33 milyon 416 min manat olub. Xidmətlərin 40,2 %-i mobil telefon rabitəsi sahəsində, 66,3 %-i isə qeyri-dövlət sektorunda formalaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM