satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 1 milyard 245 milyon 309 min 600 manat təşkil edib.

Bu barədə NTV-yə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 % çoxdur.

Ticarət şəbəkəsində 641 milyon 334 min 400 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 603 milyon 975 min 200 manatlıq qeyri-qida məhsulları satılıb.

Eyni zamanda, bu ilin yanvar-noyabr aylarında muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 182 milyon 330 min 600 manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM