satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb İKT

Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb İKT

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 210,2 milyon manatlıq məhsul istehsal edilib.

NTV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 % çoxdur.

Təkcə noyabrda isə bu sektorda 219,2 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 5,6 % çoxdur.

Bu ilin ilk 11 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 1,9 % təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 116 milyard 320,1 milyon manatlıq və yaxud illik müqayisədə 1,6 % çox ÜDM istehsal olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM