satellite   Azerspace-1: 11135 H 30000

İKTA: Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP-5 ölkəsi sırasında yer alıb

İKTA: Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP-5 ölkəsi sırasında yer alıb

“Dünya Bankının “Business Ready” (B-READY) 2025” hesabatına əsasən, Azərbaycan kommunal xidmətlər sahəsində, xüsusilə internet xidmətləri üzrə yüksək nəticə əldə edib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) NTV-yə bildirilib ki, hesabata görə, Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb (31.05 xal ilə 5-ci yer). Eyni zamanda, tənzimləyici keyfiyyət (30.83 xal ilə 17-ci yer) və idarəetmə-şəffaflıq göstəriciləri (29.17 xal ilə 27-ci yer) üzrə də ölkə ilk 30-luqda yer alıb.

Ümumilikdə, kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83.05 xal ilə 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb. Qeyd edək ki, kommunal xidmətlər sahəsində ölkəyə ən çox töhfə verən alt-indikator məhz internet xidmətləri olub.

“Business Ready” qiymətləndirməsi dövlət xidmətlərinin keyfiyyəti, tənzimləmə mühiti və əməliyyat effektivliyini ölçən beynəlxalq metodologiyaya əsaslanır və 2025-ci il hesabatında 101 ölkəni əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Almaniyada inflyasiya artıb

09:04 31.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM