satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan qazının builki büdcə qiyməti açıqlanıb

Azərbaycan qazının builki büdcə qiyməti açıqlanıb

Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən təbii qazın 1 000 kubmetrinin qiyməti BP şirkətinin təqdim etdiyi məlumata əsasən, 440 ABŞ dolları götürülüb.

NTV xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 198 ABŞ dolları və yaxud 81,8 % çoxdur.

"Azeri Light" markalı Azərbaycan neftinin büdcə qiyməti isə əvvəlcədən elan olunduğu kimi 5 ABŞ dolları azaldılaraq 70 ABŞ dollarından 65 ABŞ dollarına endirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM