satellite   Azerspace-1: 11135 H 30000

Trampın bəyanatları fonunda "Brent" ucuzlaşıb

Trampın bəyanatları fonunda "Brent" ucuzlaşıb

ABŞ Prezidenti Donald Trampın İranla bağlı bəyanatları fonunda neftin qiymətlərində kəskin ucuzlaşma qeydə alınıb.

NTV xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Londonun "ICE Futures" birjasında Bakı vaxtı ilə saat 9:16-ya "Brent" markalı neftin mart fyuçersləri 2,15 ABŞ dolları (3,23 %) ucuzlaşaraq bir barel üçün 64,37 ABŞ dolları təşkil edib. Çərşənbə günü "Brent" 1,05 ABŞ dolları (1,6 %) bahalaşaraq bir barel üçün 66,52 ABŞ dollarına çatmışdı.

Bu vaxta qədər Nyu-Yorkun "NYMEX" əmtəə birjasında "WTI" markalı neftin fevral fyuçersləri 2,03 ABŞ dolları (3,27 %) ucuzlaşaraq bir barel üçün 59,99 ABŞ dollarına bərabər olub. Əvvəlki sessiyada müqavilənin dəyəri 0,87 ABŞ dolları (1,42 %) bahalaşaraq bir barel üçün 62,02 ABŞ dollarına çatmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM